Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünyada əvəzi olmayan Ulu öndər

0

  •       “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətandaşıdır.Əgər buna nail ola bilsəm, mən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam".     Bu gözəl sözləri fenomenal şəxsiyyət, dünya miqyaslı dövlət adamı siyasət nəhəngi Heydər Əliyev demişdir. O Müstəqil dövlətimizin memarı və qurucusu, dünya azərbaycanlılarının milli iftixarı, dövlət quruculuğu strategiyasının müəllifi, ümummilli lider, xalqımızın arxası, dayağıdır. Onun iti zəkası, dərin intellekti, yenilməz məntiqi, aydın nitqi, geniş dünyagörüşü hamıda heyrət doğururdu. Onun ölkəsinə, xalqına sevgisi, məhəbbəti sonsuz idi. Ürəyi Azərbaycan qədər geniş, odlar yurdu kimi hərarətli idi. Heydər Əliyev Azərbaycan üçün Tanrının hədiyyəsi idi.  O, ölkəmizdə iki dəfə hakimiyyətdə olub. Birinci dəfə 1969-cu ildə, ikinci dəfə 1993-cü ildə ölkəmizə rəhbərlik edib. Onun hakimiyyəti dövründə ölkəmiz iri addımlarla irəli gedib. Həm kənd təsərrüfatı, həm sənaye sahəsində ölkəmizdə böyük uğurlar qazanılıb. Sonra Moskvaya dəvət olunub. Ali sovetdə çalışıb. O vaxtlar ona paxıllıq edənlər hər an onu yıxmağa çalışıblar. Ancaq o, bilyi, istedadı, bacarığı ilə həmişə lider olub. SSRİ hakimiyyəti orqanları ölkəmizi məhv etmək üçün hər yola əl atırdılar. 1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar faciəsinin səbəbkarı M.Qorbaçov idi. Xalqın başına gələn bu fəlakətin günahkarlarına qarşı Ulu Öndərimiz o vaxt etiraz səsini ucaltdı. Cinayətkarların cəzalanmasını tələb etdi. O vaxtlar ölkəmizdə vəziyyət elə pis həddə çatmışdır ki, xalqımız pisin, yaxşının kim olduğunu anlamırdı. Ancaq baş verən xaos xalqı ayıltdı. Onlar Ulu Öndərin ölkəmizə qayıtmasını təkidlə tələb etdilər. Bu vaxt ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Parçalanmaq təhlükəsi vardı. Özbaşınalıq baş alıb gedirdi. Azğın düşmən torpaqlarımızı işğal edirdi. Hakimiyyət davası o vaxtki rəhbərlərin gözünü elə tutmuşdur ki, heç Vətəni düşünən yox idi. Xalqın güzəranı çox ağır idi. Bir milyondan artıq qaçqınımız ağır vəziyyətdə yaşayırdı. Xalqın təkidi ilə Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdı. O, ölkəmizdə qardaş qırğınının qarşısını aldı, əldə olan qanunsuz silahlar yığışdırıldı. Ölkəmizi yenidən dirçəltdi. Düçar olduğu bəladan qurtardı. Bir kəlmə dilimizdə şüara çevrildi: Heydər-xalq, xalq-Heydər. O, rəhbər-xalq birliyini dünyaya sübut etdi.1993-2003-cü illər Azərbaycanın yenidən dirçəldiyi, müstəqillik qazandığı illər idi və Heydər Əliyev ömrünün qızıl salnaməsi hesab edilməlidir. Bunu bizə H Əliyevin 1993-cü ilin 15 iyununda ölkə parlamentinin başçısı seçilərkən dediyi sözlər sübut etir: “Azərbaycan Respublikasının bu günkü ağır mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyəti ilə dərk edirəm. Dövlətimizin müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Bundan sonra ömrümün qalan hissəsini dövlətimizin müstəqilliyini inkişaf etdirməyə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra heç bir dövlətin əsarəti altına düşməyəcək.” Bunların hamısını o, həyata keçirdi. Vətənə qayğılı vətəndaşlar yetişdirdi. Bayrağımız BMT- də dalğalandı. Himnimiz xarici ölkələrin tribunalarında səsləndi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. 1995-ci il noyabr ayının 12-də Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 2001-ci ildə ölkəmiz Avropa Şurasına qəbul olundu. 2002-ci il noyabr ayının 30-da dilimiz Azərbaycan dili dövlət dili elan olundu. Ulu Öndərin fəaliyyətlərini saymaqla qurtaran deyil. Onun dediyi “Qarabağımıza qayıdacağıq” sözləri əməldə yerinə yetirildi. İndi onun ruhu şaddır. 44 günlük müharibədə çalınan zəfər bir daha öndərimizi bizə sevdirdi: İndi Qarabağımızda, Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanır. Bunlar hamısı Ulu Öndərin siyasəti idi. Onuda cənab İlham Əliyev yerinə yetirdi. Bunlar bizə qürur verir. 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bəli, gələn il Heydər babamızın 100 yaşı tamam olur. Yerin cənnət olsun əziz babamız. Sən Azərbaycanın parlayan Günəşi idin. Sənin adın həmişə bizim qəlbimizdədir. Sənin qoyduğun qanunlar həmişə Azərbaycan xalqını zirvələrə doğru aparacaq.Natalya Yusibova,Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib55 dəfə
    Dünyada əvəzi olmayan Ulu öndər

    Maraqlı gələ bilər
    56
    47
    61